
“Sosial sahibkarlığın və müəssisələrin təşkili”
adlı praktiki təlim
Layihənin qısa təsviri



Sərgi konfrans



Sertfikat



Xatirə hədiyyə
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Memarlıq, İnşaat və Dizayn İctimai Birliyi (MİDİB) "Dövlət, Universitet və QHT əməkdaşlığı" çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər adlı layihənin icrasına 1 sentyabr 2022-ci il tarixindən start verib.
Layihənin məqsədi, "Dövlət, Universitet və QHT əməkdaşlığı" çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin 120 nəfər gəncin arasında təbliği və məşğulluğun təmin olunmasına dəstək olmaqdır.
Üç ay ərzində davam edəcək layihə çərçivəsində 3 şəhərdə (Bakı ş., Xırdalan ş. və Sumqayıt ş.) 30 nəfərlik 4 qrupdan ibarət 120 nəfər gənc üçün bir günlük "Sosial sahibkarlığın və müəssisələrin təşkili" adlı praktiki təlim, sərgi-konfrans və iştirakçıların sertifikat və xatirə hədiyyələri ilə təltifi kimi tədbirlərin təşkili nəzərdə tutulub. Təlimlər oktyabr ayından başlayıb, noyabr ayında sərgi-konfrans və təlim iştirakçıların sertifikat, həmçinin xatirə hədiyyələri ilə təltif olunması kimi tədbirlərlə yekunlaşacaq.
